İspaniyanın "Barselona" klubu yarımmüdafiəçisi Frenki de Yonqla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, niderlandlı futbolçu 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya transfer olunub. O, 2024/2025 mövsümündə 46 oyuna çıxıb, iki qol vurub.