Azərbaycan Karate Federasiyasının milli komandasının üzvləri oktyabrın 17-19-da Fransa paytaxtı Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər. Sport24.az xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.

 

Milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında bu mühüm yarışda ölkəmizi təmsil edəcək.

 

Qeyd edək ki, seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edəcəklər.