"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununu səfərdə keçirəcək.

 

Paytaxt təmsilçisi Polşada "Trefl"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

 

Qeyd edək ki, I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.