Peşəkar rusiyalı boksçu Nikita Tszyu avtomobil qəzasına düşüb. Sport24.az xəbər verir ki, qəza onun hərəkət etdiyi maşının kəsişmədə başqa bir avtomobil tərəfindən vurulması nəticəsində baş verib.

 

Boksçunun sözçüsü bildirib ki, Nikita yüngül xəsarətlər alıb və hazırda evdə müalicə alır.

 

Qeyd edək ki, 27 yaşlı Nikita Tszyu avstraliyalıdır və sabiq dünya çempionu Kostya Tszyunun oğludur. O, peşəkar karyerasına 2022-ci ildə başlayıb və indiyədək 11 qələbə (9 KO) qazanıb, heç bir məğlubiyyəti yoxdur.