Braziliya yığması yoldaşlıq görüşündə Yaponiyaya məğlub olub. Sport24.az xəbər verir ki, Tokiodakı "Ajinomoto" stadionunda təşkil olunan qarşılaşma Asiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Karlo Ançelottinin baş məşqçisi olduğu komanda ilk hissəni 2:0 hesablı üstünlüklə bitiriblər. Lakin Yaponiya komandası ikinci hissədə üç qol vuraraq 5 qat dünya çempionlarını məğlub etməyi bacarıb.

 

Qeyd edək ki, bununla da Yaponiya millisi tarixində ilk dəfə Braziliyanı məğlub edib. Komandalar arasında daha əvvəl baş tutan 13 görüşün 11-də Braziliya qələbə qazanıb. İki görüş isə heç-heçə nəticələnib.