İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən göndərilib. Sport24.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb İsveç millisinin qeyri-qənaətbəxş nəticələri olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan komanda ötən gün Kosovo ilə matçda məğlub olub - 0:1.
Beləliklə, İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu - 4-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə 10 xalla İsveçrə yığması başçılıq edir. Kosovo (7 xal) ikinci, Sloveniya (3 xal) isə üçüncü pillədə yer alıb.
Qeyd edək ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi.