"Barselona"nın hücumçusu Robert Levandovski Polşa millisinin toplanışı zamanı ciddi zədə alıb. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb:
"Robert Levandovskinin sol bud nahiyəsində yırtıq diaqnozu qoyulub. O, sıradan çıxıb və sağalması müalicəsinin gedişindən asılı olacaq".
Qeyd edək ki, 37 yaşlı forvard bazar günü DÇ-2026-nın seçmə mərhələsində Litvaya qarşı matçda (2:0) adını tabloya yazdırıb. Levandovski bu mövsüm "Barselona"nın heyətində 9 matçda 4 dəfə fərqlənib.