"Serik Belediyespor"un baş məşqçisi Sergey Yuran komandanın vəziyyətini yaxşılaşdıra bilməsə, istefaya göndərilə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sport Baza" telegram kanalı məlumat yayıb. 

 

Yuran iyulun əvvəlində "Serik Belediyespor"un "sükanı arxasına" keçib. Komanda Türkiyənin birinci divizionunda çıxış edir və doqquz turdan sonra 10-cu yerdədir.

 

Yurana altı həftə ərzində "ilk yeddiliy"ə daxil olmaq tapşırılıb.

 

Mənbənin sözlərinə görə, "Serik Belediyespor" futbolçuları maaşların yubanmasından narazıdırlar. Bundan başqa, bildirilir ki, düşərgədə türk və rus oyunçular arasında münaqişə yaşanır.