"Fiorentina" Futbol Klubunun prezidenti Rokko Kommisso uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat etdi. İtaliya klubunun rəsmi saytı  bu barədə məlumat yayıb. 

 

"Fiorentina" rəsmiləri Kommissonun ölümünü təsdiqləyərək, bunu ailəsi, klub və bütün futbol dünyası üçün ürək ağrıdan bir itki adlandırıb.

 

Qeyd edək ki, Kommisso "Fiorentina"nı 2019-cu ildə Della Valle qardaşlarından satın alıb.