Birinci Liqada çıxış edən "Zaqatala"da klubdaxili iclas keçirilib. Bu barədə Sport24.az- böltə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq mövsümün ikinci yarısı üçün məşqlərə start veriblər:

"Rəhbərliklə görüşümüz oldu. Planlarımız müəyyənləşdi. Üç yoxlama oyunu nəzərdə tutulub".

Baş məşqçi "büdcəniz transfer etməyə imkan verəcəkmi" sualını bu cür cavablandırıb:

"Axtarışdayıq. Hansı variant uyğun olsa, dəyərləndirəcəyik. 1 və ya 2 oyunçu transfer edəcəyik. Alınmasa, belə də də davam edəcəyik".

 

Qeyd edək ki, hazırda aktivində 17 xal olan "Zaqatala" qış fasiləsinə 5-ci pillədə yollanıb.