"Real" İspaniya La Liqasının 20-ci turu çərçivəsində "Levante" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "kral klubu" oyunaa ciddi itki ilə çıxacaq.

 

Hücumçu Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Fransalı forvard hələ dizindəki zədəni tam sağaltmayıb.

 

Kilian Mbappe bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 29 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Real" - "Levante" görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.