PSJ "Barselona"dan ayrılacağı gözlənilən Dro Fernandesə müqavilə təklifi edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, danışıqlar davam edir və PSJ 18 yaşlı yarımmüdafiəçini 6 milyon avroluq sərbəst qalma bəndi ilə transfer etməyə çalışır.

 

Dro PSJ-nin baş məşqçisi Luis Enrike ilə eyni agentin müştərisidir. Parislilər hazırda onunla mümkün transferi müzakirə edirlər.