Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

 

"Qaradağ Lökbatan" bundan əvvəlki bütün oyunlarda qalib gələn "Xankəndi"dən üstün olub və liderliyi ələ keçirib. "Şəki Siti" və "Quba" da turu qalibiyyətlə başa vurub.

 

II Liqa, V tur

 

14 oktyabr

 

"Quba" - "Göygöl" 2:1

Qollar: V.Cəfərov, 73, C.Qasımov, 76 - S.Omarov, 87

 

"Şəki Siti" - "Şəmkir" 1:0

Qol: C.İmamverdiyev, 72

Qırmızı vərəqə: E.Dəmirov, 82 ("Şəki Siti")

 

"Qaradağ Lökbatan" - "Xankəndi" 2:0

Qollar: R.Şahmuradov, 68, Ş.Zəkiyev, 80 (avtoqol)