17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb. Sport24.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda keçirilən görüş Rumıniyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

 

İlk görüşdə Frandaya 8 cabasız qolla uduzun U-17 millimiz ikinci matçda İsrailə də böyük hesabla məğlub olub - 1:5.

 

14 oktyabr

 

17:00.Azərbaycan (U-17) – Rumıniya (U-17) - 1:5

 

Baş hakim: Mateo Erceq (Xorvatiya)

 

"Bourret" stadionu, Kapbreton.