21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb. Sport24.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

"Dalğa Arena"da keçirilən görüşdə bol qollu heç-heçə qeydə alınb - 3:3. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

 

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla - 0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

 

14 oktyabr

 

19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3

 

Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1

 

Baş hakim: Sayat Karabayev

 

"Dalğa Arena"