Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən məşqçilik kateqoriyalarının verilməsi məqsədilə seminar və imtahanlar keçiriləcək. Qurumdan verilən məlumata görə, oktyabrın 18-də Azərbaycan Texniki Universitetində praktiki seminar və test imtahanı baş tutacaq.

 

Bir gün sonra isə Bakı İdman Sarayında nəzəri seminar və praktik imtahan gerçəkləşəcək. Bildirilib ki, məşqçilik kateqoriyası olmayan, eləcə də B və C kateqoriyasına malik məşqçilərin iştirakı mütləqdir. İmtahanı uğurla başa vuran iştirakçılara müvafiq kateqoriya təqdim olunacaq.

 

Qeyd edək ki, kateqoriyası olmayan məşqçilər ABF bayrağı altında keçirilən yarışlara komanda çıxara bilməyəcəklər.