"Sərhədçi"nin baş məşqçisi Anar Saryev Azərbaycan Basketbol Liqasının ikinci turunda "Lənkəran" üzərində 84:70 hesablı qələbədən sonra komandası barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, oyunçuların əksəriyyətinin fiziki vəziyyəti ürəkaçan olmayıb.

 

Anar Saryev komandada basketbolçuların demək olar ki, hamısının xəstələndiyini bildirib: "İlk 30 dəqiqə mənə xoş gəlmədi, amma dördüncü hissənin son altı dəqiqəsində istədiyimiz basketbolu nümayiş etdirdik. Qarşımızda "Ordu" ilə çox önəmli oyun var. Onlara qarşı oynamaq asan olmayacaq, buna görə sistemdə dəyişikliklər etməliyik. Komandamı təbrik edirəm — bu qələbə bizim üçün çox önəmlidir. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik".