Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

"Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı da çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunçuluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Xal qazanmaq istəyiriksə, demək ki, nələrsə çatmırdı. Ukrayna da bilirik ki, bu görüşə final kimi yanaşır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna ilə bizimlə heç-heçə etdikdən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

 

Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücum oynayacaqsız?


- Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da vacibdir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparcağıq. Fikrimiz var. Onu futbolçular da həyata keçirməyə çalışacaqlar.

 

Ukrayna millisinin hansı zəif və güclü tərəfləri var? Hansı oyunçusundan ehtiyatlanırsız?


- Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdi. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından söz etdirir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. Ukraynanı yaxından tanıyırıq.

 

Sabah 23-lükdən kənarda kimlər olacaq? Səbəbi nədir?


- Bəli, oyunçular bəllidir. Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi. Ceyhun xəstədir. Renat Dadaşovun da yüngül, tam hazır olmadığına görə 23-lükdən kənar qalacaqlar.

 

Elvin Cəfərquliyev bayaq bildirdi ki, sabahkı nəticə turnir cədvəlindəki mövqeyimizə təsir edəcək. Mental olaraq, komandaya qələbə ruhunu aşılaya bilmisiz?


- Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, matçı qazanmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, Futbolçular bunu anlayırlar. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.

 

Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...


- Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla bir az ağır idi. Amma məncə, oyun bir xala haqq edirdi. Çünki futbolçularımız mübarizə apardı. Ukrayna bizdən üstün idi, qol epizodları barəsində. Amma bu oyunda bir xalı haqq edirdik.

 

Yayılan məlumatlara görə, baqajlar gec gəlib. Bu, planlarınıza necə təsir etdi?


- Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə kecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır.

 

Sergey Rebrov deyib ki, bizə xal Azərbaycandan daha çox lazımdır. Cavabını verək?


- Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya oyunu çox vacibedə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək.