"Real" və Fransa yığmasının hücumçusu Kilian Mbappe PSJ-də Lionel Messi ilə birgə çıxış etdiyi dövrü xatırlayıb. Sport24.az xəbər verir ki, Mbappe Messi haqqında bunları qeyd edib:

 

"Leo Messi ilə oynamaq mənim üçün böyük şans idi. Heç vaxt onunla eyni komandada oynayacağımı düşünməmişdim, çünki mənim arzum həmişə "Real" olub. Heç vaxt həyatda "Barselona"ya keçmək barədə düşünməmişəm". 

 

Xatırladaq ki, Mbappe və Messi 2021–2023-cü illərdə PSJ-də birlikdə çıxış ediblər. 2023-cü ildə argentinalı futbolçu "İnter Mayami"yə keçib, bir il sonra isə Mbappe PSJ-ni tərk edərək "Real"a transfer olunub.