Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turu çərçivəsində növbəti oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.

 

"Quba" "doğma divarlar" arasında "Ordu" ilə üz-üzə gələcək. "Abşeron Lions" "Gəncə"ni qonaq edəcək. 

15:00. "Quba" – "Ordu"
Quba, OİK

19:00. "Abşeron Lions" – "Gəncə"
Bakı, İdman Sarayı

 

 

11 oktyabr
19:00. "Sabah" – "NTD"

Bakı, Milli Gimnastika Arenası

 

12 oktyabr
14:00. "Sərhədçi" – "Lənkəran"

Bakı, "Sərhədçi" İdman Kompleksi

19:00. "Naxçıvan" – "Sumqayıt"
Bakı, İdman Sarayı

 

Qeyd edək ki, daha əvvəl turun bir oyunu baş tutub: "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə məğlub edib.