Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) II turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, son çempion "Sabah" NTD ilə qarşılaşacaq.

 

Milli Gimnastika Arenasında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, turun baş tutan görüşlərində "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" isə "Gəncə"yə (96:94) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.