Transfer çalışmalarını davam etdirən "Gəncə" daha bir legionerlə heyətini gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

 

ABŞ-dən olan Ceykob Uayli ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu "Gəncə"də 2 nömrəli forma ilə oynayacaq.

 

Qeyd edək ki, Ceykob Uayli son mövsümü Rumıniyanın "Styaua" klubunda keçirib.