Sessi Dalmeydanın "Neftçi"yə keçidi Benin futbolu üçün yay "transfer pəncərə"sinin ən yaxşılarından hesab edilib. Sport24.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.
Nəşr yayda komandalarını dəyişən beninli oyunçular haqqında araşdırma aparıb və ən yaxşı transferləri sıralayıb.
Kipr təmsilçisi "Apollon"u (Limassol) "Neftçi"yə dəyişən Sessi Dalmeydanın keçidi dördüncü pillədə qərarlaşıb.
Onun həmyerliləri Rodolfo Aloko ("Neft Pro") birinci, Junior Olaitan ("Göztepe") ikinci, Andreas Hountondji ("Sankt Pauli") üçüncü olub.
Qeyd edək ki, Sessi Dalmeyda "Neftçi" ilə 2+1 illik müqavilə imzalayıb.