Xavi Qrasiya "Uotford"un baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
55 yaşlı ispan çalışdırıcı Paulo Pezzolanonu əvəzləyib. "Uotford" doqquz turdan sonra turnir cədvəlinin 11-ci pillləsində qərarlaşıb.
Qeyd edək ki, Qrasiya məşqçi karyerası ərzində Rusiyada 2016-2017-ci illlərdə "Rubin"i, 2018-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər "Uotford"du çalışıb. 55 yaşlı məşqçi həmçinin "Valensiya", "Malaqa", "Əl-Sadd", "Lids"in də baş məşqçisi olub.