"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate və "Monako"nun yarımmüdafiəçisi Maqnes Akliuş Fransa millisinin dünənki məşqində iştitak etməyib. Sport24.az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.
Konatenin dördbaşlı əzələsində yüngül zədəsi var. Fransanın baş məşqçisi Didye Deşam ümid edir ki, müdafiəçi millimizlə oyuna qədər sıraya dönəcək.
Maqnes Akliuç da çərşənbə axşamı məşqdə iştirak etməyib. İkinci dəfə milliyə çağırılan futbolçu komanda yoldaşlarından ayrı, fərdi məşq edib.
Qeyd edək ki, Fransa 2026-cı il dünya çempionatının seçmə mərhələsinə 2 qələbə ilə başlayıb. Deşamın baş məşqçisi olduğu komanda oktyabrın 10-da Azərbaycanla, oktyabrın 13-də isə İslandiya ilə qarşılaşacaq.