Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək. Sport24.az xəbər verir ki, matçlar oktyabrın 17-19-u aralığında təşkil olunacaq.

 

Qarşılaşmalar "ASCO Arena"da gerçəkləşəcək.

 

Bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zəərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.