DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa - Azərbaycan oyununu norveçli hakim idarə edəcək. Sport24.az xəbər verir ki, baş hakim Rohit Saqqi olacaq.

 

Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

 

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.