DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa və Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb. Sport24.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.