Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcək kareyerası ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "A Bola"ya açıqlama verib:
"İnsanlar, xüsusən də ailəm deyir ki, daha dayanmağın vaxtıdır. Artıq hər şeyi etmisən. Min qol vurmağa nə ehtiyac var? Amma mən belə düşünmürəm ki, hələ də yaxşı işlər görürəm, klubuma və milli komandama kömək edirəm, niyə davam etməyək?
Əminəm ki, hər şey bitdikdən sonra, futbolda qazandıqlarımla bağlı məmnunluq hissi yaşayacam. Bilirəm ki, çox vaxtım qalmayıb. Bu səbəbdən bir neçə dəqiqədən də maksimum həzz almağa çalışıram".
Qeyd edək ki, Ronaldo karyerası ərzində klub səviyyəsində 805, millidə isə 141 qol vurub.