"Araz-Naxçıvan"la Naxçıvana səfər etməyimin səbəbi odur ki, klub rəhbərliyi ilə yaxın münasibətimiz var". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
"Ağ-qırmızılar"ın Naxçıvana səfəri çərçivəsində klubun icraçı direktoru Eldəniz Yusifovun nümayəndə heyətinin tərkibində olmaması diqqətimizi çəkdi. Əvəzində Ceyhun Sultanov komanda ilə birgə muxtar respublikaya səfər edib. Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov saytımıza açıqlamasında Eldəniz bəyin ECA-nın (Avropa Klublar Assosiasiyası) iclasında iştirak üçün Romaya getdiyini bildirib.
Sultanov isə komanda ilə birgə Naxçıvana yollanmasını belə şərh edib:
"Rəhbərlik mənim də komanda ilə birgə Naxçıvana yollanmağımı istədi. Mən də təklifi geri çevirmədim. Burda qeyri-adi heç nə yoxdur. Məni "Araz-Naxçıvan"la heç nə bağlamır".
Qeyd edək ki, Misli Premyer Liqasında ev oyunlarını Bakıda keçirən "Araz-Naxçıvan"nın heyəti ötən gün Naxçıvana səfər edib.