"Mançester Yunayted" "Çelsi"nin hücumameylli yarımmüdafiəçisi Koul Palmeri transfer etməyi düşünür. Sport24.az "Footballtransfers"ə istinadən xəbər verir ki, keçidin dəyərinin 100 milyon avrodan çox olacağı gözlənilir.

 

Mənbənin sözlərinə görə, yarımmüdafiəçinin "qırmızı şeytanlar"a potensial keçidi klubun transfer rekordunu qıra bilər. İngiltərə klubu 2016-cı ildə Pol Poqbanın "Yuventus"dan 105 milyon avroya almışdır. 

 

Qeyd edək ki, Palmer 2023-cü ildən "Çelsi"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 12 oyunda meydana çıxıb və dörd qol vurub. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir.