Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər. Sport24.az xəbər verir ki, matç "Bank Respublika Arena"da keçirilib.

 

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.