"Abşeron Lions"un baş məşqçisi Erhan Tokerin adı fasilədən sonra keçirilən ilk oyunda qazanılan qələbədən sonra diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 12-ci turunun bağlanış matçında "Gəncə"yə 98:93 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.
"Fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm. Təxminən 20 günlük fasilədən sonra bir oyuna çıxdıq. Oyun ritmimizi itirmişdik. Bu oyuna qədər cəmi 5-6 məşqimiz olub. Bəzi oyunçular parket üzərində çox qaldı. Az-az əvəzləndi. Bu da istər-istəməz səhv etmələri ilə nəticələnirdi. Rəqib də güclü komanda idi. Son olaraq "Sabah"a qarşı da belə mübariz oyun sərgiləmişdilər. Yekunda bu qədər hazır olmadan və fasilədən sonra ilk oyunu qazandığımız üçün sevinirəm", - deyə Erhan Toker bildirib.
Qeyd edək ki, "Abşeron Lions" Azərbaycan Basketbol Liqasının XII turunun bağlanış matçında "Gəncə"ni 98:93 hesabı ilə məğlub edib.