Azərbaycan Basketbol Liqasının 12-ci turunda NTD ilə oyundan sonra "Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaytis komandanın performansı barədə fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, mütəxəssis bildirib ki, fasilə oyunçular üçün faydalı olub və komanda mənəvi olaraq yenilənməyə ehtiyac duyurdu.
"Çempionlar Liqasında keçirdiyimiz oyunlardan sonra basketbolçuların bir qədər istirahətə ehtiyacı var idi. Başqa sözlə, komandaya mənəvi olaraq yenilənmə lazım idi. Oyunçuların enerjisi və istəkli olmasını bəyəndim. Ümumilikdə komandanın çıxışından razı qaldım", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, "Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.