Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) XII turunda növbəti qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan komandalar üz-üzə gələcək.

 

"Naxçıvan" "Sərhədçi" İdman Mərkəzində "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.