"Ayın qolu" layihəsində dekabrın qalibləri müəyyənləşib. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasında ən yaxşı qolun müəllifi "Kəpəz"in yaponiyalı legioneri Ryonosuke Ohori olub.
I Liqada Ruslan Voronsov ("Şahdağ Qusar"), II Liqada isə Ramin Məhərrəmovun ("Quba") qolları ən yaxşı seçilib.