Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, "kimyaçılar" Macarıstan təmsilçisi "Pakş"la görüşüb.
Qarşılaşma Macarıstan klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunun müəllifi Rüstəm Əhmədzadə olub. "Pakş"ın heyətində isə Akoş Szendrey, Daniel Böde, Martin Adam (2) və Barna Tot fərqləniblər.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha iki yoxlama matçı keçirəcək. Komanda yanvarın 12-də OFK (Serbiya), 16-da isə "Osiyek"lə (Xorvatiya) qarşılaşacaq.