"Sportinq" və "Mançester Yunayted"in sabiq baş məşqçisi Ruben Amorim Portuqaliya liqasına qayıda bilər. Sport24.az "talkSPORT"a istinadən xəbər verir ki,-un mütəxəssis "Benfika"nın çalışdırmağa əsas namizəd kimi nəzərdən keçirilir.

 

Mənbənin sözlərinə görə, "Benfika"nın hazırkı baş məşqçisi Joze Mourinyonun gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun müqaviləsində yayda klubu tərk etmək şərti var. Mourinyoya Roberto Martinesin mümkün gedişindən sonra Portuqaliya millisin rəhbərlik etmək təklifi olunarsa, Amorim onu əvəzləyə bilər. 

 

Amorim "Benfika"nın yetirməsidir. O, futbolçu karyerası ərzində iki dəfə komandanın formasını geyinib. Birinci dəfə 1994-cü ildən 1998-ci ilə qədər və 2008-2017-ci illər aralığında. Amorim məşqçi kimi "Kaza Pia", "Braqa" və 2024-cü ilin oktyabrında ayrıldığı "Sportinq"də çalışıb. 

 

Qeyd edək ki, "Benfika" hazırda Portuqaliya çempionatında üçüncü, Çempionlar Liqasında isə 25-ci yerdədir.