Misli Premyer Liqasının autsayderi "Karvan-Yevlax" heyətinə yeni oyunçu qatıb. Sport24.az xəbər verir ki, bölgə klubu "Səbail"in futbolçusu Emin Rüstəmovu mövsümün sonuna qədər icarəyə götürüb.

 

Qeyd edək ki, Rüstəmovun 2027-ci ilin iyul ayına qədər "Səbail" klubu ilə müqaviləsi var. Emin Rüstəmov U-21 Azərbaycan millisinin kapitanıdır.