İspaniya La Liqasının rəhbəri Xavyer Tebas İspaniya Superkubokunun keçirilməsi üçün Səudiyyə Ərəbistanını uyğun məkan hesab edir. Sport24.az xəbər verir ki, Xavyer Tebasin açıqlamasını "Mundo Deportivo" nəşr edib.
"Superkubokun İspaniyadan kənarda keçirilməsini tənqid etməmişdim, əksinə, bunun yaxşı ideya olduğunu düşünürdüm. Sadəcə qeyd edirdim ki, bəlkə də Səudiyyə Ərəbistanı uyğun ölkə deyil. Lakin bir neçə səfərdən sonra düşünürəm ki, bu, çox uyğun məkandır. O vaxtlar daha tənqidi yanaşırdım və bunun doğru ölkə olmadığını hesab edirdim. Amma fikrimi dəyişmişəm — bu, həqiqətən də çox uyğun ölkədir", — X. Tebas vurğulayıb.
Qeyd edək ki, İspaniya Superkubokunun final oyunu "Barselona" ilə "Real"(Madrid) arasında yanvarın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.