Futbol üzrə I Liqa təmsilçisi "Difai" futbolçusu Kamil Qardaşlı ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

20 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Kamil cari mövsümün əvvəlində paytaxt təmsilçisinə qoşulmuşdu.