Mövsümün ikinci hissəsinə Əbu Dabidə hazırlaşan "Neftçi" bu gün topalanış çərçivəsində ilk yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" "Kayrat"la (Qazaxıstan) qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Paytaxt klubunun heyətində 67-ci dəqiqədə  Ağadadaş Salyanski, 89-da Vensan Abubakar və 90+2-ci dəqiqədə isə Murad Məmmədov fərqlənib.

 

"Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

 

Qeyd edək ki, "Neftçi" Əbu-Dabi toplanışını yanvarın 17-də başa vuracaq.