Azərbaycanın I Liqa təmsilçisi "Difai" təcrübəli futbolçusu Roman Hüseynovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

 

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

R.Hüseynov cari mövsümün əvvəlindən paytaxt təmsilçisinin heyətində çıxış edirdi.