Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) XII turu çərçivəsində iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşmada B qrupunda yer alan komandalar üz-üzə gələcək.
Günün ilk matçı Qubada keçiriləcək. Bölgənin eyniadlı komandası "Ordu"nu qonaq edəcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.
Günün ikinci görüşündə "Sərhədçi" "Lənkəran"ı qəbul edəcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, qrupda "Ordu" 22 xalla birinci, "Quba" 15 xalla üçüncü, "Sərhədçi" 15 xalla dördüncü, "Lənkəran" isə 14 xalla beşinci yerdə qərarlaşıb.