Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XII turun daha iki qarşılaşması keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki görüşdə A qrupunda yer alan komandalar üz-üzə gələcək.
Günün ilk qarşılaşmasında "Sabah" NTD-ni qonaq edəcək. "Sabah" 19 xalla qrupda ikinci yerdədir. NTD-nin isə 11 xalka qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyunun start fiti saat 14:00-da səslənəcək.
Eyni məkanda, saat 17:00-a planlaşdırlan matçda isəSaat "Neftçi" "Şəki"ni sınağa çəkəcək. "Ağ-qaralar" 14 xalla qrupda 4-cüdürsı, bölgə təmsilçisi 1 xal az toplamaqla 5-ci pillədə yer alıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. XII tura sabah yekun vurulacaq.