Bu gün futbol üzrə İspaniya Superkubokunun final görüşü keçiriləcək. Sport24.az xəbər verir ki, həlledici qarşılaşmada "Barselona" və "Real" üz-üzə gələcək.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kral Abdulla Sports Siti" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədə səbəbindən görüşü buraxacaq. "Kral klubu"nda Eder Militaonun oynamayacağı dəqiqdir. Trent Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.