"Çelsi", "Tottenhem" və "Liverpul" "Komo"nun 21 yaşlı müdafiəçisi Yakobo Ramonu izləmək üçün skautlarını İtaliyaya ezam ediblər.
Mənbənin sözlərinə görə, oyunçunun bazar dəyəri təxminən 18 milyon avro qiymətləndirilsə də, İngiltərə klublarının onun keçidində maraqlı olması qiyməti qaldıra bilər. Ramonun transferi həmçinin "Real"ın qərarından asılıdər. "Kral Klubu" yetirməsini 8 milyon avroya geri almaq imtiyazına malikdir. İki klub arasında əldə olunan razılığa əsasən, Madrid təmsilçisi futbolçunun satışdan əldə olunan gəlirin 50 faizinə də sahib çıxacaq.
Qeyd edək ki, Yakobo bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.