Ötən ilin iyulun 9-da müstəqil FA (Futbol Assosiasiyası) komissiyası Rayan Boumanı matçlara mərc etməkdə günahkar bilib.  Sport24.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Çeltnem Taun"un hücumçusu artıq 42 ay müddətinə futboldan kənarlaşdırılıb. Son on ildə Rayan 6397 mərc edib.

 

Boumen peşəkar futbola "Karlayl Yunayted" akademiyasında başlayıb. O, özünü böyük futbolda göstərə bilmədiyindən İngiltərənin beşinci divizionunda çıxış edən "Darlinqton"a keçib. Daha sonra o, "York Siti"nin heyətində İkinci Liqada bir mövsüm keçirib və hətta səkkiz qol vurub. Lakin sonra "Torki Yunayted"lə müqavilə bağlayıb və sonradan məlum olub ki, məhz bu klubda oyunlara pul qoyuluşu etməyə başlayıb.

 

2015-ci ildə Boumen karyerasının ən yaxşı mövsümünü "Qeytsxed"də keçirib: 16 qol və yeddi məhsuldar ötürmə. Klubda olduğu müddətdə Rayan 191 matça pul qoyub. Şotlandiyanın yüksək liqasında mübarizə aparan "Moteuell"də üç il oynadıqdan sonra hücumçu İkinci Liqa təmsilçisi "Ekseter Siti"yə transfer olunub. Bu komandanın heyətində 112 matçda 34 qol vuran futbolçunun 2816 oyuna (bunlardan 108-i öz komandasının görüşləridir) pul qoyuluşu etdiyi təsdiqlənib.