FIFA-nın İntizam Komitəsi İsrail Futbol Assosiasiyasını (IFA) çoxsaylı pozuntulara görə cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Dünya futbolunun idarəedici orqanı İsrail Futbol Assosiasiyasını (IFA) dünyanın futbol ailəsindən kənarlaşdırmayıb. Lakin İntizam Komitəsi IFA-nı ayrı-seçkiliyə qarşı öhdəlikləri "ciddi və təkrarlanan pozulmasına" görə 150.000 İsveçrə frankı (165.000 avro) məbləğində cərimələyib.
40 səhifəlik qərarda İsrail futbolundakı çoxsaylı irqçi hadisələr sadalanıb. Bundan əlavə, təşkilat qeyd edib ki, assosiasiya "irqçiliyi pisləyən bir dənə də olsun ictimai bəyanat verməyib, ayrı-seçkiliyə qarşı kampaniya başlatmayıb. Ərəb və ya fələstinli oyunçuların diskrimaniya olunmasına qarşı addımlar atmayıb.