"Sanderlend"in 25 yaşlı futbolçusu Vilson İzidor Haiti millisinin formasını geyinməyə qərar verib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"İndi komandanın bir hissəsi olduğum və xalqımızı və ölkəmizi təmsil etdiyim üçün qürur duyuram. Birlikdə tarix yazmaq və maraqlı macəralar yaşamaq imkanına sahibik".

 

Beynəlxalq səviyyədə İzidor vaxtilə Fransanın müxtəlif yaş qrupları üzrə millilərinin şərəfini qoruyub.

 

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "Sanderlend"in heyətində 30 oyun keçirib və dörd qol vurub.

Haiti yığması isə DÇ-2026-da Braziliya, Mərakeş və Şotlandiya ilə eyni qrupda yer alıb.